Büdcə və planlama şöbəsinin mütəxəssisi

  • Novo Group
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Büdcə xərclərinə nəzarət edilməsi üçün məlumatların təhlili;
  • Yeni şirkətlərin büdcəsinin sıfırdan qurmaq və əsaslandırmaq prosesində birbaşa iştirak etmək;
  • İl sonu qrupdaxili şirkətlərin fəaliyyətinin büdcə əsasında qiymətləndirilməsi üçün hesabatlar hazırlanmasında iştirak etmək;
  • Təsdiq olunmuş illik büdcənin icrasına nəzarəti həyata keçirmək;
  • Müəyyən xərc maddələri üzrə illik və ya aylıq təyin olunan limitlərə riayət olunmasına nəzarət etmək;
  • Xərclər üzərində nəzarəti gündəlik əsasda həyata keçirmək, qənaət təklifləri vermək;
  • “MİS və Hesabat” şöbəsi ilə faktiki xərclərin rekonsilyasiyasını aparmaq;
  • Aylıq Büdcə əsasında Plan-Fakt hesabatlarının hazırlanması;
  • Aylıq Büdcə əsasında Plan-Fakt hesabatında ortaya çıxan fərqlərin səbəblərini araşdırıb əsaslandırmaq;
  • Rüblük Büdcə Planlama hesabatlarının yenilənməsi prosesində  bir başa iştirak etmək;
  • Rüblük büdcələrlə növbəti il illik büdcələr arasında fərqi hesabatlarda əks etdirib əsaslandırmaq

Tələblər:

Bilik və təcrübə:

  • Büdcə planlaması və ya oxşar sahədə mütəxəssis kimi ən azı 1 illik təcrübə;
  • Maliyyə, mühasibatlıq və ya audit üzrə Bakalavr dərəcəsi, MBA;
  • Maliyyə hesabatları anlayışı, təhlil bacarıqları;
  • MS Excel ilə son dərəcə bacarıqlı, sərbəst işləmək qabiliyyəti.

Bacarıqlar:

  • Özünü sübut edə bilən, təşəbbüskar şəxs. Nəticəyə yönəlmənin güclü olması tələb olunur.
  • Şirkətlər qrupunda və ya birdən çox layihənin idarəsində iştirak edə biləcək bacarıqlı şəxs;
  • Dar vaxt çərçivəsində işləmək bacarığı;
  • Detallara güclü diqqət yetirmək;
  • Əla ünsiyyət bacarıqları;
  • Səlist Azərbaycan dili. Rus və İngilis dilləri arzu olunandır.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.