Satınalma üzrə mütəxəssis

  • Office Lines LLC
  • Elanın qoyulma tarixi: 29.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

- Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi
- Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək (məhsulun növündən və xüsusiyyətlərindən asılı olaraq hər kateqoriya üçün 2-3 təchizatçıdan ibarət baza yaratmaq; əgər belə sayda baza artıq mövcuddursa onun daha da genişləndirilməsinə çalışmaq)
- Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
- Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən/gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək/planlama aparmaq.
- Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması. Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması
- Öhdəliyində olan kateqoriyalar üzrə anbarda olan satılmayan və ya az satılan kateqoriyasına daxil olan məhsulların izlənməsi və müvafiq hesabatın şöbə müdirinə təqdim edilməsi
- Araşdırılaraq tapılmış hər bir yeni məhsul barədə detallı məlumatlara malik olmaq, onun üstün və zəif tərəflərini bilmək, hazırda aktiv satdığımız məhsulla müqayisəli analizini aparmaq
- Fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlamaq və birbaşa müdirinə təqdim etmək
- Birbaşa müdirin əmək qanunvericiliyinə və əməkdaşı olduğu şöbənin vəzifəsinə uyğun digər tapşırıqlarını yerinə yetirmək

İşə dair tələblər:

- Ali təhsil
- Müvafiq sahədə iş təcrübəsi
- Analitik düşünmə və təhliletmə qabiliyyəti
- Yazılı və şifahi ünsiyyət bacarıqları

Əmək haqqı və digər müavinətlər:

- 550-700 AZN aylıq əmək haqqı
- Rüblük bonuslar
- Nahar təminatı, telefon və nəqliyyat xərclərinin qarşılanması

E-mail: [email protected]