İnvestisiya şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 08.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
3. Bazardakı investisiya imkanlarını araşdırmaq və təkliflər vermək;
4. İnvestisiya fəaliyyətinə dair əqdləri icra etmək;
5. Şöbəyə daxil olan sənədləri nəzərdən keçirtmək;
6. Tərəfdaşlarla ilkin danışıqlıqları aparmaq və əməliyyatları həyata keçirtmək;

Namizədə olan tələblər:

İş təcrübəsi: İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər. Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük, Magistr təhsili üstünlükdür.
Kompüter bilikləri: MS Excel: əla , MS Outlook: orta , MS Word: orta , MS PowerPoint: orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi