Maliyyə üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə əməliyyatlarının uçotu, monitorinqi və maliyyə nəzarətinin təmin edilməsi
  • Maliyyə hesabatlarının (gəlir-xərc, pul axını, balans göstəriciləri və s.) hazırlanması və təhlili
  • Büdcə planlaşdırılması, icranın izlənilməsi və kənarlaşmalar üzrə analitik hesabatların təqdim olunması
  • Vergi, DSMF və Statistika üzrə maliyyə məlumatlarının hazırlanmasında iştirak
  • Maliyyə göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabat və rəylərin təqdim edilməsi
  • Vergi və digər dövlət orqanlarından daxil olan maliyyə xarakterli sorğuların izlənilməsi və cavablandırılmasında iştirak
  • 1C (8.3) proqram təminatında maliyyə əməliyyatlarının düzgün əks olunmasına nəzarət
  • Qanunvericilikdə maliyyə və vergi ilə bağlı dəyişikliklərin izlənilməsi və tətbiqi
  • Daxili maliyyə nəzarəti və risklərin qiymətləndirilməsində iştirak

Tələblər:

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil
  • Maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi (Bank və ya BOKT sektoru üzrə təcrübə üstünlükdür)
  • Maliyyə hesabatlarının hazırlanması və analizi üzrə praktiki biliklər
  • 1C (8.3) proqramında işləmə bacarığı
  • MS Excel və digər MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • Maliyyə göstəricilərini analitik təhlil etmək, nəticə çıxarma və təqdimetmə bacarığı
  • Vergi Məcəlləsi və maliyyə ilə əlaqəli normativ sənədlər üzrə baza biliklər
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, rus dili biliyi mütləqdir.
  • Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı

İş barədə məlumat:

  • Vəzifə: Maliyyə üzrə Mütəxəssis
  • Əmək haqqı: 700–900 AZN
  • İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi
  • Komfortlu ofis mühiti və peşəkar komanda
  • 5 günlük iş qrafiki: 09:00 – 18:00

CV-lərinizi “Maliyyə üzrə mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.