Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək;
  • Vergi, mühasibatlıq və digər normativ-hüquqi aktlardakı dəyişiklikləri daim izləmək və rəhbərlik etdiyi sahələrdə tətbiq etmək;
  • Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək;
  • Vergi orqanlarından daxil olan məktubları və bildirişləri nəzarətdə saxlamaq, tələb olunan hallarda rəsmi yazışmalar aparmaq;
  • Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
  • ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək;
  • DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək.

Tələblər:

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Bank və ya BOKT sektorunda təcrübə üstünlük sayılır);
  • 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək;
  • Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə;
  • Riyazi hesablamaları dəqiq aparmaq, maliyyə göstəricilərini analitik təhlil etmək bacarığı;
  • Maliyyə balanslarının tərtibi və təhlili üzrə praktiki biliklər;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür.

İş barədə məlumat:

  • Əmək haqqı: 800-1000 AZN
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: 09.00-18.00 

CV-lərinizi “Mühasib” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.