İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, TikTok və s.) idarə olunması və aktiv kontent paylaşımlarının təşkili;
- Rəqəmsal (digital) marketinq strategiyalarının hazırlanmasında və icrasında iştirak;
- Paylaşımlar üçün mətnlərin hazırlanması və vizual dizaynın koordinatorluğu;
- Sosial media analitikası və reklam kampaniyalarının (Meta Ads, Google Ads və s.) nəticələrinin izlənilməsi, hesabatların hazırlanması;
- Auditoriya ilə ünsiyyətin qurulması və brendin imicinin qorunması;
- Marketinq layihələrinin icrasında və tədbirlərin təşkilində komanda ilə birgə iştirak.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Jurnalistika və ya əlaqəli sahələr üzrə);
- SMM və ya rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;
- Canva, CapCut, Photoshop və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;
- Kreativ düşüncə, trendləri izləmək və yeniliklərə açıq olmaq;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 500-700 AZN
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “Marketinq üzrə kiçik mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır