Müştərilərlə əlaqələrin idarə edilməsi üzrə mütəxəssis

  • SR Group Co MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 01.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini və ingilis dilini səlis səviyyədə bilməli (rus dili arzuolunandır);
• CRM sahəsində 1-3 illik təcrübə;
• Excel, Powerpoint proqramları üzrə dərin biliklər (SQL, PowerBI, STATA, R və ya digər analitik proqramlar üzrə bilikləri arzuolunandır);
• CRM sistemləri ilə iş təcrübəsi;
• CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
• Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
• Analiz, problemlərin həlli və qərarvermə;
• Keyfiyyətə fokuslanma;
• Dəqiqlik və təfsilatlara yönümlülük.

Vəzifələr:

• Müştəri məlumat bazasının təkminləşdirilməsi və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
• Müştəri bazasının artırılması üçün alternativ yolların və vasitələrin mütəmadi olaraq araşdırılıb tətbiq olunması;
• Müştəriləri məmnuniyyətinin və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
• Müştərilərin rəqiblərə doğru axının (Customer Churn) qarşısının alınması üzrə CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
• Müştəri Loyallığ Proqramının hazırlanması, tətbiqi və bazardakı yeniliklərə uyğun təkminləşdirilməsi;
• Müştəri bazasının düzgün seqmentasiyası və strategiyaya uyğun hədəf qrupunun seçilməsi;
• CRM kampaniyaların qurulması və müştəriyə düzgün şəkildə çatdırılması yollarının araşdırılması, tətbiqi və mütəmadi təkminləşdirilməsi;
• CRM kampaniyalarının pre və post analizləri, şöbənin fəaliyyəti haqqında hesabatların hazırlanması;
• “Customer Lifecycle Management” sisteminin yaradılması və tətbiq edilməsi;
• “Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi "Müştərilərlə əlaqələrin idarə edilməsi üzrə mütəxəssis" başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi