Zəmanət üzrə mütəxəssis

  • SR Group Co MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 18.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər 

  • Ali təhsil (texniki təhsil üstünlük təşkil edir);
  • Azərbaycan, Rus və İngilis dili əla səviyyədə bilmək (Alman dili biliyi üstünlükdür);
  • Avtomobil sahəsində 2 il  ildən az olmayaraq iş təcrübəsi;
  • MS office və 1C proqramlarında işləmək bacarığı;
  • Dinamiklik,  təqdim etmə bacarığı ,təşəbbüskar, həlledici, məqsədyönlü komanda üzvü olmaq;
  • Avtomobillərin texniki quruluşu, zəmanət prosesləri və məsələləri ilə bağlı geniş məlumatlı olmaq.

Vəzifələr

  • Zəmanət hallarını qeydə almaq, lazımi sənəd, şəkillər və digər materialları toplamaq;
  • Zəmanət iddialarını istehsalçı zavodun sisteminə yerləşdirmə;
  • Bu iddiaların təsdiqini və ödənişini daima nəzarətdə saxlamaq;
  • Baş usta ilə birlikdə avtomobillərə texniki baxış və video çəkiliş aparılması;
  • İstehsalçı ilə ödənişlərin nəzarəti üçün mütəmadi üzləşmələrin keçirilməsi;
  • İstehsalçı və diler arasında əlaqə;
  • Geri qaytarılmış iddiaların çatışmayan sənədlərinin toplanması və ya səhvlərin korrektə edilməsi;
  • Zəmanətlə dəyişdirilmiş ehtiyat hissələrinin anbarda səliqəli və birkalanmış şəkildə saxlanması;
  • Zəmanətlə dəyişdirilmiş ehtiyat hissələrinin 6-12 aydan bir utilizasiya olma siyahısının hazırlanması və zəmanətlə dəyişdirilmiş ehtiyat hissələrinin utilizasiya prosesinin təşkil olunması;
  • Zəmanətli hallar üzrə müştərilərlə görüşmək və lazımi məlumatları təqdim etmək;
  • Zəmanətlə dəyişdirilmiş hər hansı bir ehtiyat hissəsi istehsalçı zavod tərəfindən tələb olunduğu təqdirdə onun göndərilməsini təmin etmək;
  • İstehsalçı zavod tərəfindən təşkil olunan auditdə iştirak etmək və lazımi sənəd, zəmanətlə dəyişilmiş ehtiyat hissələrini təqdim etmək;
  • İstehsalçı zavod tərəfindən tələb olunan sənəd siyahısını audit standartlarına uyğun toplamaq. İstehsalçı zavod tərəfindən keçirilən təlim, seminar və görüşlərdə iştirak etmək.Zəmanət iddiaları ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Zəmanət prosedurunun müştəri yönümlü olması üçün daima araşdırmalar aparmaq və yeni təkliflər təqdim etmək;
  • Zəmanət hallarının sənəd dövriyyəsinə nəzarət etmək. 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Zəmanət üzrə mütəxəssis”  qeyd edərək CV formasını elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər

İşəgötürənin reytinqi