İşin təsviri
Vəzifələr:
- Satış hədəflərinə çatmaq məqsədi ilə illik marketinq strategiyasının hazırlanması və idarə edilməsi, marketinq xərclərinin aylıq nəzarəti və hesabatının aparılması.
- Komanda və agentliklərlə birlikdə satış planlarının yerinə yetirilməsinə, müştəri məmnuniyyətinə yönəlmiş reklam fəaliyyətinin, kreativ konsepsiyaların, xüsusi tədbirlər planının, media planın hazırlanması, təsdiqi və həyata keçirilməsi.
- Avtomobil bazarının düzgün təhlil və monitorinqi, rəqiblərin marketinq fəaliyyətinin izlənilməsi və s.
- Müştəri davranışların təhlili.
- Müştəri loyallığın ölçülməsi və artırılması üzrə tədbirlər planın hazırlanması və həyata keçirilməsi.
- Həyata keçirilmiş kommunikasiyaların effektivliyinin təhlili, şirkət rəhbərliyi və qlobal ofis üçün aylıq/rüblük hesabatların təqdim edilməsi.
- Diler Mərkəzlərinin vizual tərtibatının AR qanunları və istehsalçı şirkətlərin standartlarına əsasən təşkil edir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə);
- Analoji vəzifədə ən azı 3 (üç) il iş təcrübəsi;
- MS office proqramlarını yüksək səviyyədə bilməli;
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli.
Şəxsi keyfiyyətlər:
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalı;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Brend və Marketinq üzrə menecer” qeyd edərək CV formasını elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. (SR Avtomobil Sektoru)