Müştəri dəstək şöbəsinin baş mütəxəssisi

  • Enginet
  • Elanın qoyulma tarixi: 04.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri:

• Şöbənin işinin təşkili ilə bağlı prosedur və qaydaların tərtibi;
• Müştəri dəstək şöbəsinin işinin planlaşdırılmasında iştirak etmək;
• İmtina prosesinin idarə olunması, imtinalarla iş;
• Problemli müştərilərlə iş;
• Sistemin daimi monitorinqi;
• Rəhbərlik üçün aylıq və illik hesabatların hazırlanması və təqdimatı;
• Məlumatların analizi, analitik təhlili;
• Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

• Ali təhsil (İnformasiya texnologiyaları, tətbiqi riyaziyyat, telekommunikasiya ixtisasları üzrə);
• Marketinq/Satış/İT şöbələrində minimum 2 illik iş təcrübəsi;
• Dataları oxumaq, emal etmək bacarığı;
• MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyi üstünlükdür;
• Analitik düşünmə tərzinə malik olmalı;
• Ümumi alqoritm qurma bacarığı;
• Komandada işləmə bacarığı, yüksək ünsiyyət və liderlik keyfiyyətlərinə malik olmalı.

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.
İş yeri: Bakı şəhəri

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Müştəri dəstək şöbəsinin baş mütəxəssisi” yazmaqla göndərə bilərsiniz.

İşəgötürənin reytinqi