Çağrı mərkəzi üzrə mütəxəssis

  • Tikinti şirkəti
  • Elanın qoyulma tarixi: 09.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
• Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
• Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
• Sistem proqramlarına nəzarət etmək;
• Müştərilərin problemlərini həll etməkdə yaxından iştirak etmək.

Namizədə bağlı tələblər

• Cinsi: qadın;
• Azərbaycan və Rus dillərini səlis bilməli;
• Korporativ mühitlə əlaqədar və həmin sahədə ən azı 2 il iş təcrübəsi;
• Aydın, səlis nitq və ünsiyyət mədəniyyəti;
• Aktiv, məsuliyyətli, ünsiyyətcil;
• Müştərini inandırmaq bacarığı;

İş Şərtləri:

• İş vaxtı: həftədə 5 gün;
• Əmək haqqı: 500-600 AZN

Maraqlanan namizədlər mövzu yerində “ Çağrı mərkəzi üzrə mütəxəssis (Tikinti şirkəti)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Tikinti şirkəti tərəfindən digər vakansiyalar