Baş mühasib

İşin təsviri

Tələblər:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət; 
  • Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
  • Bank və kassa əməliyyatları;
  • Tender üçün sənədlərin hazırlanması;
  • İnventarizasiya prosesinin həyata keçirilməsi;
  • Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi;
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
  • Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı) ;
  • Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi;
  • Vergi, gömrük və digər dövlər orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • İş prosesi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Vəzifəyə tələblər:

  • Təhsil : Ali (mühasibatlıq, maliyyə)
  • Sertifikat- Orta və iri sahibkarlıq fəaliyyəti üzrə PMS sertifikatı
  • Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-orta. (İngilis dili bilən namizədlərə üstünlük veriləcəkdir.)
  • Təcrübə: 5 ildən artıq
  • Vergi, gömrük, mülki və digər əlaqəli qanunvericilik sahələri üzrə biliklər;
  • Riyazi məntiq, analitik düşünmə və təhliletmə bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik, dəqiqlik və etibarlılıq.

Həftədə 5 iş günü;

İş saatları: 09:00-18:00;

Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir.

Vakansiyaya müraciət üçün CV-nizi “Baş mühasib" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.

Tikinti şirkəti tərəfindən digər vakansiyalar