Mühasib

  • Tikinti şirkəti
  • Elanın qoyulma tarixi: 29.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi.
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab,ezamiyyə ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi; 
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
  • Bütün əmək haqqı xərclərini yoxlamaq, şöbələr üzrə düzgün bölüşdürmək və 1C proqramına daxil etmək.
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
  • Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
  • Əsas vəsaitlərin uçotu.Amortizasiya və Təmir xərclərinin hesablanması.Təmir xərclərinin qüsur-quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması
  • İstehsalın uçotu(istehsal məhsulunun spesifikasiyalarının hazırlanması,hazır məhsul anbarına nəzarət)
  • Tikinti layihələri üzrə material və sair xərclərin texniki uçot(M-29) və F2-lər üzrə silinməsi
  • Mal-material hərəkəti ilə bağlı məlumatların və hesabatların hazırlanması 
  • Elektron qaimələrin qəbulu,yoxlanılması və 1C proqramına işlənilməsi 

Tələblər:

  • Ali təhsil(müvafiq sahə üzrə)
  • Tikinti mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • İnşaat materiallarını bilməlidir;
  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • MS Office proqramlarında  mükəmməl işləmək bacarığı;

Əmək şəraiti: 6 günlük iş həftəsi

Əmək haqqı:1300 AZN

Tikinti şirkəti tərəfindən digər vakansiyalar