Təminatlı kreditlərin satışı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis /baş mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 02.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər

• Təminatlı kredit məhsul istiqamətləri üzrə satışların təhlil edilməsi və bu məhsulların satışının artırılması istiqamətində işlərin görülməsi;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icra edilməsi;
• Birbaşa rəhbəri, İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirilməsi.

Tələblər

• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• İpoteka sahəsində minimum 3 il iş təcrübəsi
• MS Office proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
• Satış və yaradıcılıq qabiliyyətləri.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi