Aparıcı proqramçı (Back-end, Java, Phyton, Go)

İşin təsviri

Vəzifə funksiyaları:

• Veb və mobil layihələr üçün servislərin (API) hazırlanması
• Mövcud kodlarda əlavə və dəyişikliklərin edilməsi
• Proqram təminatının işinin optimallaşdırılması
• Standartlara uyğun kod yazımının aparılması
• Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması
• Texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət olunması
• Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması
• Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
• Elektron xidmətlərin inteqrasiya edilməsi üzrə dövlət orqanlarına və digər təşkilatlara metodik və əməli köməklik göstərmək
• Fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Təhsil və ixtisas tələbləri

• Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir

İş təcrübəsi

• İş təcrübəsi ən azı 2 il

Peşəkar bacarıqlara dair tələblər

• DSA (Data Structures and Algorithms)
• Göstərilən dillərdən ən az ikisi ilə işləmək bacarığı: Nodejs, Python, Go, Java
• SOLID principles
• Design Patterns
• Microservices
• Git version control
• API (REST, SOAP) üzrə işləmə bacarığı
• PostgreSQL
• Redis, MongoDB

Xarici dil bilikləri

İngilis və rus dilləri üzrə biliklər:
• ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

https://www.digital.gov.az/vacancies/65

Son müraciət tarixi: 1 aprel 2021-ci il