Mətbuatla iş üzrə mütəxəssis

İşin təsviri

Vəzifə Funksiyaları:

  • Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
  • Mətbuat və ictimai məlumat sorğularını cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press relizlərin və digər sənədlərin hazırlanması;
  • Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idarə edilməsi;
  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
  • Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi;
  • Mətbuatın gündəlik izlənilməsi;
  • Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması

Tələb olunur: 

  • Peşəkar bacarıqlara dair tələblər:
  • Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);

Dil bilikləri:

  • Yüksək Azərbaycan dili bilikləri
  • Yüksək ingilis dili bilikləri
  • Rus dili (arzuolunandır)

İş təcrübəsi:

  • Jurnalistika va ya uyğun sahədə minimum 3-5 il iş təcrübəsi;

Davranış bacarıqları:

  • Stressin idarəedilməsi
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Komandada işləmək bacarığı
  • Planlama və təşkiletmə
  • Aktiv öyrənmə bacarığı
  • Vaxtın idarəedilməsi
  • Problem analiz etmə

Təhsil və ixtisas tələbləri:

  • Ali Təhsil 

Biz təklif edirik:

  • Rəqabətə davamlı əmək haqqı
  • Performansa görə mükafatlandırma
  • Zəngin təcrübə və peşəkar inkişaf
  • Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat
  • Mehriban və inklüziv mühit.

Qeyd: Yalnız yuxarıda qeyd olunan bütün tələblərə cavab verən şəxslərin müraciət etməsi xahiş olunur. 

https://www.digital.gov.az/vacancies/94

Son müraciət: 05.06.2022