Kommunikasiyalar üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
  • Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
  • Media məsələlərinin idarəsində dəstək göstərilməsi;
  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
  • Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idarə edilməsi;
  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
  • Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla, Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materialların hazırlanmasında dəstək göstərilməsi;
  • Mətbuatın gündəlik izlənilməsi;
  • Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili və ingilis dili bilikləri yüksək səviyyədə, rus dili biliyi üstünlükdür;
  • Media ilə iş, jurnalistika və kommunikasiya sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • MS Windows, MS Office, Internet – yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür).

https://glorri.com/asan/631ad6876fd88e6886a8bec4-Kommunikasiyalar%20%C3%BCzr%C9%99%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources=JobSearch