Marketinq və kommersiya şöbəsinin mütəxəssisi

İşin təsviri

Peşəkar bacarıqlara dair tələblər:

  • Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, Marketinq istiqamətləri üzrə arzuolunandır);
  • Azərbaycan dili və ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3-5 il (satış, məhsul inkişafı, biznesin inkişafı və strateji marketinq sahələri üzrə iş təcrübəsi arzuolunandır);
  • Yüksək analitik, ünsiyyətqurma və təqdim etmə bacarıqları;
  • Araşdırma və hesabatlılıq (MS Survey, Google Tools, MS Excel);
  • IT, Fintech və digər istiqamətlər üzrə bazarı tanımaq və analiz etmək;
  • MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
  • Müvafiq sahə üzrə müştəri bazasının mövcudluğu arzuolunandır.

Davranış bacarıqları:

  • Stressin idarəedilməsi
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Komandada işləmək bacarığı
  • Ünsiyyətqurma bacarığı
  • Planlama və təşkiletmə
  • Aktiv öyrənmə bacarığı
  • Vaxtın idarəedilməsi
  • Problem analiz etmə

Vəzifə öhdəlikləri:

  • Mərkəz tərəfindən təqdim edilən cari və yeni məhsul və xidmətlərin potensial özəl tərəfdaşları ilə əlaqələri qurmaq və görüşləri təşkil etmək;
  • Potensial tərəfdaş bazasını formalaşdırmaq və tərəfdaşlarla əlaqələri inkişaf etdirmək;
  • Kommunikasiya kanallarını müəyyən edərək tərəfdaşlıqlar üzrə iş planını hazırlamaq, icra etmək; 
  • Uyğun sahədə yerli bazarı araşdırmaq, analizlər etmək, təhlillər aparmaq, mümkün imkanları müəyyən etmək, plan daxilində yeni istiqamətlər üzrə tərəfdaşlıq görüşlərini təşkil etmək;
  • Mərkəz ilə biznes tərəfdaşları arasında informasiya koordinasiyasını qurmaq; 
  • Cari layihələrdəki yeniliklər haqqında tərəfdaşları məlumatlandırmaq;
  • Cari tərəfdaşların rəyləri əsasında məhsul və xidmətlərin təkmilləşdirmə planını hazırlamaq, məhsul və xidmətlərin inkişaf strategiyası ilə bağlı təkliflər vermək;
  • Layihələri və biznes tərəfdaşlarının davamlı sorğularını icra etmək üçün Mərkəz daxili şöbələrlə sıx əməkdaşlıq etmək;
  • İstifadə olunan layihələrin və xidmətlərin effektivliyini ölçmək;
  • Tərəfdaşlıq danışıqlarının addımları və nəticələri haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

Təklif olunur:

  • Rəqabətə davamlı əmək haqqı
  • Performansa görə mükafatlandırma
  • Zəngin təcrübə və peşəkar inkişaf
  • Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat
  • Mehriban və inklüziv mühit.

Vakansiya üzrə son müraciət tarixi: 21 avqust 2022-ci il

Email: [email protected]