Hüquqşünas

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 09.05.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Parabank ASC Hüquqşünas vəzifəsinə namizədlərin seçimi elan edir

Namizədə olan tələblər
• ali hüquqi təhsil,
• Hüquq sahəsində ən azı 1 il iş təcrübəsi
• menecerlik təcrübəsi və qabiliyyəti,
• ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
• Ms Office proqramında işləyə bilmək qabiliyyəti.

Əsas vəzifə öhdəlikləri
• Bank fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin bazasını (kitab və ya elektron formada) yaradır.
• Struktur vahidlərini bankdaxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin edir. Hazırlanmış bankdaxili normativ sənədlərin qanuniliyini yoxlayır və ona rəy verir.
• Katiblik və bankın digər strukturlarına Səhmdarların ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyətinin qərar, İdarə Heyəti sədrinin əmr və sərəncamlarının layihələrinin hazırlanmasında əməli köməklik göstərir, onları ekspertiza edir.
• Kredit və girov müqavilələrinin ekspertizasını keçirir, onlarda qanunauyğunluq və bankın maraqlarının qorunması prinsiplərinə riayət olunmasını yoxlayır və rəy verir.
• Bank fəaliyyəti ilə bağlı qanunvericilikdə olan yeniliklər barədə müvafiq struktur işçilərini məlumatlandırır və onlarla bankdaxili treyninqlər keçirir.
• Kredit və girov müqavilələrinin, müştəri xidməti üzrə müqavilələrin, bankın digər tərəfdaşları ilə bağlanılacaq əlaqələrin qanunvericiliyə uyğun vahid formasını işləyib hazırlayır və struktur vahidlərinə verir.
• Problemli kreditlərin ləğv olunmasında Problemli Kreditlərlərlə məşğul olan bankın struktur bölməsinə hüquqi yardım edir.
• öz fəaliyyəti barədə MİS şöbəsinə vaxtaşırı hesabat verir.
• Öz vəzifələrindən irəli gələn digər fəaliyyətləri həyata keçirir.
• Şöbənin əsasnaməsindən irəli gələn və şöbə müdirinin ona tapşırdığı digər vəzifələri həyata keçirir.

CV-ləri [email protected] ünvanına hüquqşünas qeyd etməklə göndərməyinik tələb edilir.