Təlim və işçi qiymətləndirməsi üzrə koordinator

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 06.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 1200-1500 manat
İş günləri 1-6-cı günlər bazar günü – istirahət

Tələblər:

o Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Portalla işləmək;
o Tabelin və əmrlərin hazırlanması;
o Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi;
o İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;
o Mc Office proqramları üzrə biliklər (Xüsusilə Word,Excell,Outlook)
o Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:

• İşçilərin vəzifə təlimatları və əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasına nəzarət;
• İşçinin peşəkar hazırlıq səviyyəsinə uyğun qiymətləndirməni həyata keçirmək;
• Qiymətləndirmə formalarına və xüsusiyyətlərinə uyğun qiymətləndirmə aparmaq;
• Müəyyən dövr üzrə işçinin işgüzarlıq fəaliyyətini müəyən etmək;
• Təlim vəsaitlərinə uyğun işçilərin təlimlərdə iştirak etməsini həyata keçirmək;
• İşçilərin maddi və mənəvi qiymətləndirilməsi sisteminin həyata keçirilməsində iştirak etmək;
• Daxili təlimin keçirilməsilə bağlı təlim planının hazırlanması;
• Daxili attestasiyanın keçirilməsi işinin təşkil edilməsi;
• Səmərəli fəaliyyət göstərməyə mane olan çətinliklərin, problemlərin müəyyən etmək və onların aradan qaldırılması məqsədilə tədbirləri həyata keçirmək;
• Boktun tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin qiymətləndirilməsi, əmək bazarının və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
• Boktun potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmə tədbirlərinin hazırlanması və icrası;
• İşçilərin həvəsləndirməsinə təkliflər verib icrasında iştirak etmək;
• İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;
• Departament daxili hesabatın verilməsi

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Koordinator" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.