Korporativ Satış mütəxəssisi

  • Universal PRO MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 08.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
• Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi;
• Müştərilərə zəng vəya email vasitəsi ilə ilkin əlaqənin qurulması, onlarla görüşmələrin keçirilməsi;
• Müştəridən sifarişlərin qəbul olunması , qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması, Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
• Maliyyə sənədlərinin müştəriyə göndərilməsi və ödəmələrinin izlənilməsi.
• Satışların artırılması, Satışların idarə edilməsi, bacarıqların inkişaf etdirilməsi və məhsul haqqında biliklərin inkişaf etdirilməsi yolu ilə sərfəli nəticələrin əldə edilməsinə cavabdehdir.
• Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətinin inkişaf edə biləcəyi bir mühitin yaradılması.
• Bütün növ satışların korporativ qaydalara uyğun olduğuna nəzarət etmək.
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Korporativ satış planının yerinə yetirilməsi.

Tələblər:

• Ali təhsil (satis ve marketinq sahəsində),
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
• Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilmək arzu olunandır
• Problemlərin təhlili və həlli, qərar vermə bacarığı;
• Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar;
• Təqdimat edə bilmə və inandırmaq bacarığı olan; Sərbəst, özünə güvənən;
• Korporativ mühitlə əlaqədar minimum 1 il iş təcrubəsi;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Yaş həddi 22-26;
• Komandada işləmək bacarığına malik olmalıdır.

İş şəraiti:

• 6 günlük iş qrafiki – həftəiçi 09:00 – 18:00, Şənbə günü 10:00 – 14:00,
• Əmək haqqı 400 AZN, həmçinin bonuslar.

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Korporativ Satış Mütəxəssisi” yazıb [email protected] e-mail ünvanına göndərə bilərlər.