Satınalma üzrə aparıcı mütəxəssis

  • Universal PRO MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 14.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə və öhdəliklər:

  • Mədaxil olunan sorğuların incələnməsi, təhlili və tələbnamə üçün hazırlanması;
  • Satıcı / subpodratçı / tədarükçülərin qısa siyahılarının hazırlanması;
  • Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
  • Tədarükçülərin və bazarların təhlilinin aparılması;
  • Məhsulların vaxtında çatdırılması və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
  • Müştəri tərəfindən təsdiq edilmiş PO-ların yenidən yoxlanması, dəyişikliklər olduğu halda     Satış nümayəndəsinə xəbər verilməsi və tələbin icrasının həyata keçirilməsi;
  • Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
  • Qaimə-fakturanın və hesab-fakturanın tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
  • Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
  • Sorğu icra olunandan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması;
  • Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə nəzarət edilməsi;
  • Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
  • Satınalmalar üzrə hesabatların hazırlanması.

Namizədlərdən tələblər:

  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi
  • MEP, HVAC, kimyəvi maddələr, dəmir kategoriyaları üzrə bilik 
  • Ən azı bakalavr səviyyəsində İqtisadi və ya texniki təhsil
  • 1-2 xarici dil biliyi (İngilis dili mütləq)
  • İnternet araşdırmaların səlistliyi
  • Daxili bazar biliyi
  • ERP sistemlərdən istifadə biliyi
  • CİPS sertifikatlaşma (və ya digər Təchizat və Logistika üzrə sertifikatlaşmalar)
  • Satınalma və Logistika təlimləri
  • Ünsiyyətli, çevik, adaptiv olmağı

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “ Satınalma üzrə aparıcı mütəxəssis yazıb [email protected][email protected]  e-mail ünvanına  göndərə bilərlər.