Texniki işlər üzrə Nəzarətçi

  • Universal PRO MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 28.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın təsviri:

  • Texniki məsələlərinin həllində birbaşa iştiak etmək (hər hansı ləvazimatın sifarişi daxili və xarici bazar ola bilər və s);
  • Gündəlik baş verə biləcək texniki problemləri aradan qaldırmaq;
  • Şirkətin / Ofisin nəzdində fəaliyyət göstərən texniki strukturlarının (su/kanalizasiya boruları, elektrik xəttləri və s.) keyfiyyətinə, işləməsinə və istismar vəziyyətinə nəzarət, zərurət yarandıqda müdaxilə etmək;
  • Təmir-istismar ehtiyaclarının təmin edilməsi üçün əlaqədar struktur bölmələri ilə vaxtında əlaqə qurmaq və gələn ustaların işlərinə nəzarət etmək;
  • Lazımi təmir/tikinti ləvazimatlarının əldə edilməsi;
  • Əməyin təhlükəsizliyi qaydalarına əməl edilməsi.

Tələblər:

  • Ali (Elektrik, Mexanik, İnşaat mühəndisi və s.);
  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Müvafiq təmir/tikinti mallarının spesifikasiyaları biliyi;
  • Elektrik / Mexanik işləri üzrə standartları bilmək;
  • Dil biliyi (Azərbaycan dili-səlis, Rus dili-səlis, İngilis dili biliyi üstünlükdür);
  • Fikrini izah edə bilməli;
  • Ünsiyyətcil;
  • Analitik düşüncəli;
  • Punktual.

Maraqlanan şəxslər CV-sini elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texniki işlər üzrə nəzarətçi” yazıb göndərməklə müraciət edə bilər. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Email: [email protected]