SƏTƏMM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;
- Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;
- Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;
- İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi. Keyfiyyət üzrə dövri qiymətləndirmələr və özünü qiymətləndirmə sistemləri hazırlamaq.

Bilməlidir:

- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

- Ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- SƏTƏMM mühəndisliyi üzrə sertifikatı olmalıdır;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 000 (Bir min) manat

Maraqlı olanlar CV-ni “SƏTƏMM üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilər.