Direktor

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Müəssisənin fəaliyyətinə rəhbərlik edir, təhsil müəssisəsinin ayrı-ayrı bölmələrinin işini, tələbələrin təlim-tərbiyə prosesini səmərəli təşkil edir.
- Kollektivin fəaliyyətini yeni texnikadan istifadə olunmasına, əməyin təşkilinə, qabaqcıl pedaqoji təcrübənin tətbiqinə, tədrisin yüksək səviyyədə qurulmasına yönəldir.
- Təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək və istehsalat fəaliyyəti üçün şərait yaradır.
- Pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin edir. İşində fərqlənən işçilərin əməyinin qiymətləndirilməsi üçün tədbirlər görür.
- Pedaqoqların, təlimçilərin və digər işçilərin işinə nəzarət edir.
- İstehsalat və təsərrüfat planlarının, tədris plan və proqramlarının yerinə yetirilməsi üçün kollektivi təşkil edir.
- İşçilər və tələbə kollektivi arasında aparılan mədəni-kütləvi, tərbiyə işlərinə rəhbərlik edir.
- Təhsil müəssisəsinin maddi-texniki bazasının inkişafı və genişləndirilməsi, işçilər və tələbələr üçün təhlükəsiz iş şəraitinin yaradılması sahəsində tədbirlərin həyata keçirilməsini, işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini müəyyənləşdirir.
- Kadr hazırlığını planlaşdırır, mövcud qaydalara uyğun olaraq gənclərin məktəbə qəbulunu, ixtisaslı işçi kadrlarının hazırlanmasını həyata keçirir.
- Məzunların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət edir.
- Müvafiq sahələr üzrə planlaşdırılmış işlərin müəyyən hissəsini müavinə və şöbə rəhbərlərinə həvalə edir, onların işini əlaqələndirir.
- Peşə təhsilinə cəlb olunan vətəndaşların sayının artırılması ilə bağlı tədbirlər görür.
- İşçilərin ixtisas və pedaqoji səviyyəsinin yüksəldilməsi və metodiki işlərin səmərəli təşkili üçün tədbirlər görür.
- Kadrların seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir.
- Kollektivdə sağlam mühit yaradır, yüksək mənəvi-əxlaqi və liderlik nümunəsi göstərir;
- Tədris müəssisəsinin işini müasir idarəetmənin tələblərinə uyğun qurur.
- Büdcədənkənar gəlirlərin əldə olunmasını təşkil edir, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşıyır.
- İşəgötürən təşkilatlarla səmərəli əlaqələrin yaradılmasını təmin edir.
- Təhsil müəssisəsinin strateji inkişaf planının hazırlanmasına rəhbərlik edir.
- Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən analoji təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına rəhbərlik edir.
- İnzibati-təsərrüfat işlərinə rəhbərlik edir və nəzarəti həyata keçirir.
- Müəssisədə yeni peşələr üzrə işçi kadrların hazırlanması barədə müvafiq orqanlar qarşısında təşəbbüslə çıxış edir.
- İşçilərin etik davranış qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir:

- “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
- Peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsini;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
- Peşə təhsili üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
- Bazar iqtisadiyyatının və əmək bazarının tələbatı ilə uzlaşan peşələrin müəyyən edilməsini;
- Peşə təhsili proqramlarının (kurikulumların) peşə standartlarına uyğun qurulmasını;
- İdarəetmənin təşkilini;
- Tədris planı və proqramlarının tərtibini, tədris-metodiki sənədlərlə işi;
- Müəssisədaxili nəzarəti;
- Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
- Tarifləşdirilmə cədvəlinin hazırlanması;
- Müasir təlim-tərbiyə metodlarını;
- Pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
- Tərbiyə işinin təşkili yollarını;
- İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
- Təhsil innovasiyalarını və pedaqoji texnologiyaları;
- Əmək qanunvericiliyini;
- Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

- Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil
- Pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı, elmi dərəcəsi və elmi adı olduqda isə 3 ildən az olmayaraq əmək stajı.
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 2 500 (İki min beş yüz) manat

Maraqlı olanlar CV-ni “Direktor” başlığı ilə [email protected] ünvanına göndərə bilər.