Kitabxanaçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Mərkəzin kitabxana sistemini yaradır;
- Kitabxananın kitab fondunun düzülüşünü və saxlanılmasını təşkil edir;
- Kitabxana kataloqlarının təşkilində, ədəbiyyatın işlənməsində iştirak edir;
- Dərslik fondunun yaradılmasında və qorunmasında iştirak edir;
- Müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsi, qorunması və tədris prosesində istifadəsini təmin edir
- Tələbələrin kitabxanadan istifadəsinə şərait yaradır, müvafiq qeydiyyatını aparır;
- Kitabxana fondunun elektron bazasını yaradır;
- Kitabxana fondunun daim genişləndirilməsi və inkişafı üçün təkliflərlə çıxış edir;
- Kitabxananın mühafizə rejimini formalaşdırır, və ona nəzarət edir;
- Tələbələrin kitabxanadan istifadə etməli haqqında mütəmadi hesabatlar hazırlayır;
- Kitabxananın iş rejiminə əməl edir;
- Kitabxananın perspektiv inkişaf proqramlarının və iş planının hazırlanmasında birbaşa iştirak edir;
- Mütaliə mədəniyyətini formalaşdıran kitabxana – biblioqrafiya biliklərini tələbələr arasında təbliğ edir.

Bilməlidir:

- Azərbaycan Respublikasının Konstitusiyasını
- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

- ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində;
- Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 000 (Bir min) manat

Maraqlı olanlar CV-ni “Kitabxanaçı” başlığı ilə [email protected] ünvanına göndərə bilər.