Direktor müavini

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Məktəbin tədris və istehsalat fəaliyyətinə rəhbərlik edir;
- Pedaqoqların, təlimçilərin və digər işçilərin seçilib-yerləşdirilməsində, tədrisin təşkilində iştirak edir;
- Tədris işlərinin planlaşdırılması və uçotunu, metodik işləri təşkil edir;
- Təlim – Tədris şöbəsinin müdiri ilə birlikdə pedaqoq və təlimçilərin işini əlaqələndirir;
- Pedaqoqların tədris yükünü müəyyənləşdirir, dərs cədvəlini hazırlanmasında, onun icra edilməsinə rəhbərlik və nəzarət edir;
- Mərkəzə tələbə qəbulu, tədris qruplarının komplektləşdirilməsi, tələbələrin kursdan – kursa keçirilməsi və buraxılışı, məzunların işə göndərilməsi sahəsində iş aparır;
- Tədris planı və proqramlarının yerinə yetirilməsinə, tələbələr tərəfindən tədris materiallarının mənimsənilməsi səviyyəsinə, onların intizamına və dərsə davamiyyətinə, mühəndis-pedaqoji işçilərin fəaliyyətinə nəzarəti həyata keçirir;
- Tələbələrin texniki yaradıcılıq işini, kabinetlərin əyani vəsait və təlimin texniki vasitələrlə təmin olunmasını təşkil edir;
- Tədris proqram sənədlərinin tərtibini, məktəbin tədris – istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərini həyata keçirir;
- Qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə rəhbərlik edir;
- Tərbiyə işlərinin təşkili ilə də məşğul olur və müvafiq vəzifələri həyata keçirir;
- Tələbələrin istehsalat təlimini vətənpərvərlik, hüquqi, mənəvi tərbiyə ilə sıx əlaqə şəraitində aparmasını təmin edir, onların mədəni istirahətinin və sinifdənkənar tədbirlərinin təşkilinə rəhbərlik edir;
- İstehsalat təcrübəsi zamanı tələbələr arasında tərbiyə işlərinin aparılmasını təmin edir;
- Tərbiyə sahəsində qabaqcıl təcrübəni öyrənir və yayır;
- İşəgötürənlə, əmək bazarının təmsilçiləri və sosil tərəfdaşlar ilə əlaqələrin qurulması prosesini təşkil edir;
- İşəgötürənlərin və əmək bazarının tələblərinə uyğun peşə istiqamətlərinin tədrisi ilə bağlı təkliflər hazırlayır.

Bilməlidir:

- “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
- Təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
- Peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsini;
- Peşə təhsili üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
- Bazar iqtisadiyyatının və əmək bazarının tələbatı ilə uzlaşan peşələrin müəyyən edilməsini;
- Peşə təhsili proqramlarının (kurikulumların) peşə standartlarına uyğun qurulmasını;
- İdarəetmənin təşkilini; tədris planı və proqramlarının tərtibini, tədris-metodiki sənədlərlə işi;
- Müəssisədaxili nəzarəti;
- Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
- Müəllimlərin əməyinin tarifləşdirilməsini;
- Müasir təlim-tərbiyə metodlarını; pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
- Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir;
- Yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını;
- İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
- Təhsil innovasiyalarını və pedaqoji texnologiyaları;
- Əmək qanunvericiliyini; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

- Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil;
- Pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 2 000 (İki min) manat

Maraqlı olanlar CV-ni “Direktor müavini” başlığı ilə [email protected] ünvanına göndərə bilər.