Satınalma üzrə baş mütəxəssis

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında:

• Satınalmaların təşkilini və rəhbərliyin göstərişləri əsasında tələb olunan müxtəlif sənədlərin hazırlanmasını təmin etmək,
• Tələb olunan predmetlərlə bağlı şirkətlərdən qiymət təkliflərinin alınması, uyğunluğunun yoxlanması və ən optimal təkliflərin müvafiq sturuktur rəhbərinə təqdim olunmasını təmin etmək,
• Yerinə yetirilən işlər haqda mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək,
• Satınalma prossesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkil və icra etmək,
• Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləmək,
• Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli,
• Potensial təchizatçıları araşdırır və məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli,
• Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması),
• Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli,
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili,
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını həyata keçirmək.

Tələblər:

• Ali təhsil,
• 2-3 il satınalma sahəsində iş təcrübə (İT sahəsində),
• Azərbaycan dili mükəmməl, ingilis dili yaxşı, rus dili üstünlükdür,
• Satınalma sahəsində müvafiq qanunvericiliyi bilməlidir,
• Bütün satınalma metodları (xüsusilə də açıq tender üsulu) üzrə satınalmaların keçirilməsi ilə bağlı bütün sənədləşmə işləri barədə məlumatlara və təcrübəyə sahib olmalı),
• Analitik düşüncə tərzi, ünsiyyət qurmaq bacarığı, kollektivdə işləmək və vaxtın idarə edilməsi bacarığı,
• Excel və SAP proqramı üzrə yaxşı biliklər.

Tələbələrə uyğun şəxslər CV-lərini “Satınalma üzrə baş mütəxəssis” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

İşəgötürənin reytinqi