Maliyyə meneceri

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 29.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Fəaliyyətinə başladığı gündən etibarən insanların rahatlığını düşünən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Hal-hazırda “Melissa Group”da yeni vakansiya mövcuddur:

Vəzifə: maliyyə meneceri

İş qrafiki: saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri

Vəzifəyə dair tələblər:

- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsininin təmin edilməsi;
- 1C proqramında mühasibatlıq bazasının mütəmadi yığılmasının təşkil olunması və icraya nəzarət ediməsi;
- Mühasibat uçotunun aparılması, daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərinin mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsi işlərinə nəzarət olunması;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əməkhaqqı fondunun ştat cədvəlinə uyğun olaraq sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi, mühasibat və DSMF hesabatlarının tərtib olunması, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlara göndərilməsinə nəzarət olunması, dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması, vaxtında köçürülməsi və sosial ayırmaların hesablanmasının təmin edilməsi;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərinə nəzarət edilməsi;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin edilməsi;
- Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsinin təşkil olunması;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil oluması.

Əməkhaqqı: 2000-2200 AZN
İş qrafiki: altıgünlük

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilə bilər
- Ali iqtisadi təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilə bilər)
- Baş mühasib kimi istehsalat, xidmət və satış sektorunda 5 ildən az olmayan iş təcrübəsi;
- Beynəlxalq mühasibatlıq bilgiləri;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramları biliyi, xüsusilə mükəmməl MS Excel bilikləri;
- 1C 8.3., BTP proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Fərdi və kollektivdə işləmə qabiliyyəti;

CV-lərinizi [email protected] ünvanına "maliyyə meneceri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi