Norm Sement zavodu
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə İnsan Resursları üzrə mütəxəssis tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
• İşəqəbul və yerləşdirmə
Yeni işçilərin axtarış prosesi:işçi tələblərinin qəbulu, iş elanlarının hazırlanması, paylaşılması
Daxil olan müraciətlərin təhlili
Müsahibələrin təşkili
Karyera sərgilərində şirkəti təmsil etmək
• Təlim və inkişaf
İnkişaf ehtiyaclarını müəyyənləşdirilmə prosesinə dəstək
Təlimlərin təşkili
Təlimlərin qiymətləndirilməsi
• Performans idarəetmə
İllik hədəf təyini iclaslarının təşkili
Performans planlama formalarının hazırlanmasında iştirak
• Vahid idarəetmə sistemi
İnsan resurslarına aid Prosedur, təlimat və formaların mütəmadi yenilənməsi
Vəzifə təlimatlarının şirkət tələblərinə uyğun yenilənməsi
Tələblər:
• İnsan Resursları, İdarəetmə və buna bənzər sahələrdən ali bakalavr təhsili
• İnsan Resurslarının idarəedilməsi sahəsində 2-3 il iş təcrübəsi
• MS office proqramlarından istifadə bacarığı
• İngilis, rus dili yüksək səviyyədə
• İnsan Resursları sahəsində beynəlxalq sertifikata (CİPD, SHRM,HRCİ) üstünlük verilir
Tələb olunan kompetensiyalar
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30.01.2020