İşin təsviri
Tələblər:
- İqtisadiyyat və ya Marketinq sahəsində ali təhsil
- 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş iş təcrübəsi
- İngilis dili biliyi və MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Satış prosesləri və müştəri ilə iş üzrə təcrübə
- Bazar araşdırılması
- Satış strategiyasının inkişaf etdirilməsi
- Güclü analitik və strateji düşüncə qabiliyyəti
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Korporativ müştərilər, distribütorlar və satıcılarla davamlı və səmərəli əlaqələrin qurulması
- Müştəri portfelinin, müqavilələrin, satışın və kredit risklərinin idarə edilməsi
- Region üzrə bazar tendensiyalarının araşdırılması və müvafiq hesabatların hazırlanması
- Yeni məhsulların təqdimatı və müştərilərin ehtiyaclarına uyğun təkliflərin hazırlanması
- Müştəri rəylərinin toplanması və xidmət keyfiyyətinin artırılması üçün aidiyyəti şöbələrə ötürülməsi
- Yeni müştərilərin axtarışı və cəlb olunması ilə müştəri bazasının genişləndirilməsi
- Şirkətin strateji baxış və planlarının mövcud müştərilərə çatdırılması
- TMS Pro sisteminə müştəri şikayətlərinin düzgün və vaxtında daxil edilməsi
- Fövqəladə hallarda fövqəladə tədbir planlarına uyğun hərəkət etmək
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektorn poçt ünvanına göndərməyiniz xahiş olunur.