Texniki xidmət üzrə köməkçi

İşin təsviri

İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1

Tələblər:

  • Orta təhsil;
  • Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Ünsiyyət bacarığı;
  • MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır.

Vəzifə və Öhdəliklər:

  • Müayinə və ya təmir üçün tələb olunan alət növləri ilə işləməyi bacarmalı;
  • İstifadə etdiyi avadanlıqların  iş prinsipini bilməli;
  • İstifadə etdiyi alətlərin və avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etməli;
  • Təmir məntəqəsində lazımi alətlərin və ehtiyat hissələrinin mövcudluğuna nəzarət etməli;
  • Avtomobil, golfmaşını, yük qaldırıcı və yük daşıyıcı maşınlarının təmiri və yuyulması;
  • Müayinə, təmir və yaxud yuyulma zamanı avtonəqliyyat vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməli;
  • Məntəqəyə təmir məqsədilə yaxınlaşan avtomobil, avtoyükləyici, golfmaşını, yük qaldırıcı və yük daşıyıcı maşınlarının tam müayinə edilməsi. Aşkar olunan nasazlıqla bağlı birbaşa rəhbərin məlumatlandırılması;
  • Ona tapşırılmış işi vaxtında və məsuliyyətlə yerinə yetirməli;
  • İş yerinin səliqəli və təmiz saxlanmasına ciddi riayət etməli;
  • İstənilən şikayət və anlaşılmazlıq zamanı təmkinli və nəzakətli olmalı;
  • Heyətlə və sərbəst işləməyi bacarmalı;
  • NV-lərinin yuyulmasında istifadə edilən avadanlıq və qatqıların düzgün istifadəsi barəsində məlumatlı olmalı və təhlükəsizlik qaydalarına riayət etməli;
  • Təkər təmiri və yaxud hər hansı digər təmir işləri ilə bağlı ehtiyac olduqda məzuniyyət halları istisna olmaqla zavoda gəlməyə hazır olmalı;
  • İş yerində təhlükəsiz iş şəraitlərinə riayət etməli;
  • Daxilli intizam qaydalarına riayət etməli;
  • Birbaşa rəhbərinin digər şifahi və yazılı xidməti tapşırıqlarını yerinə yetirməlidir.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi