Qida və İçki üzrə Təlim və İnkişaf Meneceri

İşin təsviri

Qida və İçki üzrə Təlim və İnkişaf Meneceri tələb olunur.

İş barədə məlumat:

- Restoranlar daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən etmək;
- Təşkilatının təlim strategiyasının formalaşdırmaq;
- Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
- Təlim proqramlarının və təlimçilərin effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
- Restoran əməkdaşları üçün davamlı təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
- Çoxpilləli qiymətləndirmə sistemini yaradaraq və tətbiq edərək əməkdaşların işinə
treyninqin verdiyi töfhəni qiymətləndirmək;
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Şirkətin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

Namizədə dair tələblər:

- Restoran sahəsində ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan, və Rus dilini səlis bilmək
- Güclü təşkilati bacarıqlar;
- Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Komanda daxilində işləmək istəyi və bacarığı;
- Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;

İş Şəraiti:

- İş vaxtı: həftədə 6 gün, 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1000-1500 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Qida və İçki üzrə Təlim və İnkişaf Meneceri ” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Restoranlar şəbəkəsi tərəfindən digər vakansiyalar