Baş Direktor (General Manager)

İşin təsviri

Şirkət: Restoranlar şəbəkəsi

Vəzifə: Baş Direktor (General Manager)

İş öhdəlikləri:

• Heyətin idarəedilməsi, gündəlik, həftəlik və aylıq iş planlarının tərtib edilməsi
• Şirkətin işini, habelə onun işçiləri arasında daimi qarşılıqlı əlaqələri təşkil etmək
• Restoran menecerlərinin işinə nəzarət və dəstək
• Restoranların istehsal vahidləri və struktur bölmələrinin işini və səmərəli qarşılıqlı fəaliyyətinin təşkil edilməsi.
• Restoranların inkişaf strategiyasında iştirak edilməsi.
• Restoranların əməliyyat planların (aylıq və illik) edilməsi.
• Təsdiq edilmiş planların yerinə yetirilməsi üzrə bölmələrin fəaliyyətinə nəzarət edilməsi.
• Restoranların işində çatışmazlıqları müəyyən edib, onları aradan qaldırılmasının həyata keçirilməsi.
• Müştəri məmnuniyyətin təmin edilməsi
• Müştəri Məmnuniyyətini Ölçmə
• Sahibkar tərəfindən tələb olunan aylıq satış hədəflərini təmin etmək
• Bazar araşdırmasının aparılması, rəqiblərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
• Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək
• Mövsümi menyuya dəyişiklər, yeni məhsullar təklif etmək
• Menyu ilə bağlı bütün fəaliyyətlərin həyata keçməsi
• Yemək və qıdaların düzgün təqdimatda və vaxtında müştəriyə çatdırılmasına nəzarət
• Stres və münaqişə hallarını idarə etmək
• Fəaliyyət ərazisində gündəlik gəzinti-baxış keçirmək, təmizlik səviyyəsinin, digər məlumatların yerində olmasından əmin olmaq
• İnzibati işlər, əmək qüvvəsi və əməliyyat məsrəfləri ilə bağlı məsələləri tənzimləmək
• Qonaqlara göstərilən xidmət standartlarının icrasına nəzarət etmək və gəlirləri artırmaq
• Maliyyə və Marketinq planların qurulmasında iştirak etmək, təkliflərini vermək
• Mütamadi olaraq maliyyə ve marketinq departamenti ilə işləmək və işlərinə nəzarət
• Restoran satışlarını və gəlirlərini planlaşdırıb nəzarətdə saxlamaq
• Müştəri şikayətlərinə operativ və dəqiq cavab vermək
• Restoranların imicinin idarə edilməsi və yaxşılaşdırılması ilə bağlı təkliflər
• Restoranda sistem və prosedurların qurulması və protokollar şəklində icra olunması
• Ayda bir dəfə inventerizasiyanın keçirilməsi
• Restoran standartlarını tərtib etmək, işçi heyətinə təqdim etmək və eməl edilməsinə nəzarət etmək
• Avadanlıq ve texnikaların təmir baxımı və nəzarəti
• Mətbəxdə və servis bölümlərində sağlamlıq, təhlükəsizlik və gigiyena standartlarına əməl olunmasına nəzarət etmək
• Tullantıları minimuma endirmək üçün yemək hissələrinin həcmini və hazırlıq miqdarını müşahidə edilməsi
• Həm işçilər, həm də restoran qonaqları üçün xoş atmosfer yaratmaq
• Xidmətin keyfiyyətini qaldırmaq məqsədi ilə mütəmadi təlimlərin keçirilməsi
• Restoranların fəaliyyəti ilə əlaqədar inzibati və təşkilati məsələləri həll edilməsi
• Alış qiymətlərinə və hazır məhsulların mayə dəyərinə nəzarət;
• Tələb olunan qida və içkilərin xərclərinin keyfiyyəti salmadan minumuma endirilməsi
• Xərclərin düzgün tənzinlənmə yollarının qurulması
• Restoranın səmərəliliyinin və gəlirliliyinin artırılması üçün fəaliyyətlərin inkişafı
• Qida və içki təchizatın tələblərini müəyyənləşdirilməsi, qiymətlərin nəzarəti. Qida və içki tədarükü cədvəlin qurulmasına nəzarət
• Nağd pul idarəetmə prosedurlarının dəqiq şəkildə tamamlanmasını təmin etmək
• Restoran illik Büdcənin təyin edilməsi və nəzarəti. Büdcə dəyişikliyini təhlil edib düzəlişlərin edilməsi
• Təsisçiyə aylıq, rüblük və illik hesabatların vaxtında verilməsi
• Ay sonu sayımlar (anbar və mətbəx üzrə) və sayım nəticəsində ortaya çıxan əksiklərin müəyyən edilməsi
• Tabeliyində olan bütün işçilərin işinə nəzarət və işçilərin məhsuldar işləməsini təmin etmək
• Tabeliyində olan bütün işçilərin KPI və performans dəyərləndirilməsi

Tələb olunan billiklər:

• Restoranın profilinə uyğun mətbəxin xüsusiyyətləri
• Ali təhsil
• Restoranların idarə olunması üzrə minimum 3-5 il iş təcrübəsi
• Fundamental maliyyə və marketinq bilikləri
• Fundamental insan qaynaqları üzrə biliklər
• Milli qonaqpərvərliyin səciyyəvi cəhətləri
• Xammal maddələrinin mənşəyi və emalı
• İşçi heyətin idarə edilməsi
• İşçi heyəti ilə əlaqədar qanunvericilik, qaydaları və normalar, sağlamlıq və təhlükəsizlik
• Büdcə və maliyyə idarəetməsi
• Restoran standartları və normativləri
• Restoran büdcəsini, maliyyə və mühasibat hesabatlarını hazırlama
• Marka dəyərini artıra biləcək strategiyaların həyata keçirilməsini
• Çoxsaylı işçi heyətini təlimatlandırmaq və onlara rəhbərlik etmək
• Keyfiyyətə nəzarət xidmətləri üzrə fəaliyyətlərin həyata keçirilməsi
• İşgüzar ünsiyyət etikası.
• İngilis və Azərbaycan dili bilikləri.

Təminatlar:

• Əmək haqqı : 2000-3000 AZN (təcrübəyə görə göstərilən aralıqda təyin olunacaq) + Mənfəətdən Faiz
• AR ƏM uyğun işə qəbul
• Altı günlük iş rejimi (həftədə bir gün istirahət)

Müraciət qaydaları:

[email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş Direktor (General Manager)” yazaraq şəkilli cv göndərməklə müraciət edilir. Əks halda cv-yə baxılmayacaq.

Restoranlar şəbəkəsi tərəfindən digər vakansiyalar