Marketinq üzrə mütəxəssis

  • MADO Azərbaycan
  • Elanın qoyulma tarixi: 30.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Marketinq üzrə mütəxəssis

Tələblər:

- Ali təhsil.
- Azərbaycan və rus dillərini mükəmməl, ingilis dillini yaxşı səviyyədə bilməsi.
- Komandada işləmə qabiliyyəti.
- Kompüterdə iş bacarığı – MS Office proqramları
- Strateji təhlil və proqnozlaşdırma, reklam haqqında biliyə malik olma;
- Yaradıcı və təşəbbüskar;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarığı, məsuliyyət, çox işləmə rejimində çalışmaq istəyi

Vəzifələr:

1. Şirkətin bazarda təqdim etdiyi bütün məhsul və xidmətlərinin reklamını təşkil edir;
2. Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onların nəzarətini və təhlilini aparır.
3. Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar şöbə rəhbərinə hesabat yazaraq təqdim edir;
4. Müştərilərdən gələn sorğuları cavablandırır;
5. Şirkətin reklam yerlərinin satışını həyata keçirir;
6. Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
7. Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
8. İstifadə olunan saytların effektivliyini təhlil edir;
9. Yeni restoranların açılması prosesində marketinq strategiyasının dəstəklənməsi və həyata keçirilməsi
10. SMM strategiyasının hazırlanması və həyata keçirilməsi
11. Promosyon fəaliyyəti təhlilini
12. Markanın marketinq fəaliyyətinin həyata keçirilməsini izləmək və monitorinq etmək, maliyyə hesabatlarını hazırlamaq
13. Şirkətin tərkibində promosyonun təşkili;
14. Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş günləri: həftədə VI gün
Əmək haqqı 700 manat
Nahar şirkət tərəfindən verilir.

Müraciət etmək üçün CV-lərinizi [email protected] elektron ünvanına 15.11.2019-cu il tarixinədək "Marketinq üzrə mütəxəssis" sözünü qeyd etməklə göndərməyiniz xahiş olunur.