Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 16.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis

Dərs Evi Tədris Mərkəzi özünə və peşəkarlıq qabiliyyətinə güvənən, beynəlxalq iş mühitində işləmək və davamlı inkişaf etmək istəyən namizədlər axtarışındadır.

Tələblərimiz:

• MS Word proqramını mükəmməl bilmə. Math type proqramı ilə işləyə bilmək arzuolunandır;
• Səhifələmə sahəsində təcrübə üstünlük təşkil edir;
• Azərbaycan və rus dillərində olan mətnlərlə peşəkar işləmə bacarığı;
• Komandada işləmə bacarığı;
• Dəqiqlik və detallara fikir vermə bacarığı;

Əsas öhdəliklər:

• Müxtəlif tədris, test materiallarının və mətnlərin göstərilmiş standartlara uyğun olmaqla səhifələnməsi;
• Səhifələnmiş materiallara düzəliş edilməsi, şirkətdaxili standartlara uyğunlaşdırılması, korreksiya edilməsi, yoxlanılması və çap üçün hazırlanması; 
• Səhifələnmiş materialların sistemləşdirilmiş arxivinin aparılması;
• Mərkəzləşdirilmiş imtahan nəticələrinin avtomatlaşdırılmış qaydada yoxlanmasının həyata keçirilməsi.

Necə müraciət etməli:

Rezümelərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu sətrində “Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis” vəzifəsini göstərməyi unutmayın.

Son tarix: 17 noyabr 2019-cu il.

İşəgötürənin reytinqi