Satış və Marketinq mütəxəssisi

İşin təsviri

Accord Industrial Company” MMC  -  Satış və Marketinq mütəxəssisi vakansiyası üzrə namizədləri komandamızın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Mövcud olan Korporativ və fərdi müştərilərlə sıx əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni təkliflər planı hazırlamaq;
• Potensial yeni müştərilərin müəyyən edilməsi, onlarla birbaşa əlaqə quraraq məhsul və xidmətlər haqqında (Əyani nümayişlər, kataloqlar, reklam materialları, qiymətlər, məhsulun çatdırılma vaxtı) məlumatların vermək;
• Satış xarakterli səfərlər marşrutlar seçmək və görüşlər təyin etmək;
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək və mütamadi olaraq yeniləmək;
• İnternet və şəxsi əlaqələr vasitəsilə Bazar araşdırması, rəqabət mühitinin müəyyən edilməsi və müştəri tələbatlarını öyrənmək;
• Birgə səylərin optimallaşdırılması məqsədilə maliyyə və texniki şöbələrin əməkdaşları ilə görüşlər keçirmək;
• Reklam konsepsiyalarının və təşviqat kampaniyasının materiallarının layihəsini hazırlamaq və rəhbərliyə təqdim etmək.
• Görülən işlərə dair gündəlik və aylıq hesabatların təqdim edilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Ali təhsil (mühəndislik sahəsi üzrə üstünlükdür);
• Kompüter bilikləri: MS Office Proqram paketi ilə işləmək;
• Dil bilikləri: Azərbaycan və rus dillərin sərbəst, ingilis dili orta səviyyədə;
• Müvafiq istiqamət üzrə azı 3 il iş təcrübəsi;

• Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
• Yüksək səviyyədə şəxsi intizam (punktuallıq və sahibkarlıq yanaşması);
• Bilik və bacarıqlarının özündə inkişaf etdirmək həvəsi.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• Əmək haqqı müsahibə əsnasında

Son müraciət tarixi: 25 fevral 2019-cu il.

Uyğun namizədlərdən CV- lərini [email protected]  ünvanına göndərmələri və e-mailin mövzu hissəsində Satış və Marketinq mütəxəssisi “qeyd etmələri xahiş olunur.