Biznesin İnkişafı üzrə Menecer

İşin təsviri

Biznesin İnkişafı Üzrə Menecer

Vəzifə öhdəlikləri:

• Şirkətin profili üzrə - sınaq, inspeksiya, kefiyyətə nəzarət, labarator xidmətləri – müəyyən texniki biliyə sahib olmaq və biliklərin mütəmadi inkişafı
• Şirkətin ümumi satışlarının ölçüləbilən şəkildə artırılması
• Davam edən işlərin həcminin artırılması və yeni işlərin cəlb olunması
• Şirkətin inkişafı üçün yeni ideyaların verilməsi
• Şirkətin profili üzrə bazar araşdırmasının aparılması
• Şirkətin profili üzrə respublikadaxili ve beynəlxalq tenderlərin izlənməsi;
• Tender şərtlərinin hüquqi cəhətdən araşdırılması və qiymətləndirilməsi;
• Tender təkliflərinin hazırlanmasının təşkili;
• Tender təkliflərinin və digər hüquqi sənədlərin tərcüməsi (azərbaycan dilindən ingilis dilinə və tərsinə, azərbaycan dilindən rus dilinə və tərsinə, rus dilindən ingilis dilinə və tərsinə);
• Müştəriyə göndərilmiş təkliflərin sıx şəkildə izləniməsi və həyata keçməsi üçün tələb olunan addımların vaxtında atılmasının təşkili;
• Respublikadaxili va xarici bines partnyorlarla yazışmaların aparılması ve biznes əlaqələrin yaradılması;
• Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkili.
• Reklam və marketinq işlərinə nəzarət
• Rəsmi orqanlara təqdim etmək üçün yeni prosedurun qeydiyyatı / təkrar qeydiyyat / məhsulların dəyişikliklərin qeydiyyatı üçün sənədlərin yoxlanılması və hazırlanması; Qeydiyyat prosesində zəruri normativ sənədlərin alınması, sorğuların vaxtı-vaxtında istıqamətləndirilməsi və cavablandırılması;
• Müxtəlif sərgilərdə, konfranslarda iştirak üçün prezentasiyaların, gündəliyin və digər sənədlərin hazırlanması;
• Vaxtaşırı olaraq şirkətin məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi;
• Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif biznes tədbirlərdə iştirak etmək və şirkəti təmsil etmək;
• Şirkətin əlaqələrini genişləndirmək məqsədilə yerli və xarici tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması;
• Müxtəlif təşviq xarakterli məlumatların hazırlanmasında iştirak 

Tələblər:

• Ali təhsil
• Ən azı 3 (üç) il iş təcrübəsi
• Ofis proqramlarında sərbəst iş bacarığı;
• Dil bilikləri (rus, ingilis dili)
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı
• İşgüzar və məsuliyyətli olmalı;

Bilməli:

• İSO 9001:2008, İSO 14001:2015, OHSAS 18001:2007
• Hazırki vəzifə təlimatını, iş prosesinə aid prosedurları, qayda və təlimatları
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını
• Fövqəladə hallar zamanı davranış qaydalarını
• Keyfiyyət İdarəetmə sistemi haqqında

Şərtlər:

• Əmək haqqı namizədlə görüş zamanı müəyyənləşdiriləcək.
• İş saatı: 09:00-dan 18:00-dək (5 günlük iş rejimi)
• Şirkət tərəfindən naharla təmin ediləcək

Əlavə məlumat :

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Biznesin inkişafı üzrə menecer” yazaraq support@ces. ünvanına göndərmələri xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.