İnsan Resursları üzrə Kargüzar

  • Company
  • Elanın qoyulma tarixi: 15.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə : İnsan Resursları üzrə Kargüzar

Əsas vəzifə və öhdəliklər:

- Əmrlərin hazırlanması,qeydiyyatı (işə qəbul, xitam, məzuniyyət, ezamiyyət, əlavə iş saatları  və digər əmrlər) və qovluqlarda saxlanması;
- Yeni işçi məlumatlarının toplanılması və şəxsi iş qovluqlarının idarə olunması;
- Qeydə almaların əlaqələndirilməsi və işə gəlməmə, xəstəlik üzündən işə çıxmama, məzuniyyət və s. ilə bağlı məlumatların qeydiyyatı;
- Əmək kitabçalarının qeydiyyatı və yazılması;
- İşçilər haqda məlumat bazasının, işçilərin şəxsi işlərinin hazırlanması, qorunması və mütəmadi yenilənməsi;
- Dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.

Tələblər:

- Ali təhsil
- Müvafiq və ya ona yaxın sahədə iş təcrübəsi
- MS office proqramlarından sərbəst istifadə etmək bacarığı.

Əlavə məlumatlar:

Əmək haqqı: 800 AZN  gross

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “İnsan resursları üzrə kargüzar” olaraq qeyd edilməsi xahiş edilir.