Şöbə müdirinin müavini, Maliyyə nəzarəti Şöbəsi

İşin təsviri

Vəzifənin adı: Şöbə müdirinin müavini, Maliyyə nəzarəti Şöbəsi

Vəzifə öhdəlikləri:

• Maliyyə vəsaitlərinin hərəkətinə və maddi dəyərlilərdən istifadə olunmasına nəzarət və daxili maliyyə təftişi;
• Maliyyə nəzarəti sahəsində fəaliyyət planlarının hazırlanması və icrasını təmin edilməsi;
• Şirkətin maliyyə durumu, pul vəsaitlərinin mədaxil və məxarici və digər  maliyyə əməliyyatları barədə mütəmadi məlumat və hesabatların rəhbərliyə təqdim edilməsi;
• Maliyyə siyasətinə uyğun olaraq Şirkətin xammal-material, məhsul və xidmətlər üzrə maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edilməsi;
• Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
• Maliyyə vəsaitlərinə olan tələbat və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi.

Təhsil/Təcrübə

• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit istisasları üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Beynəlxalq serifikasiya (ACCA) arzuolunandır;
• Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı mükəmməl qanunvericilik biliklərinə malik olmalı;
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
• Microsoft Excel proqramında peşəkar istifadəçi səviyyəsində işləmə bacarığı olmalı;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  [email protected]