Mühəndis-konstruktor

İşin təsviri

Tələblər:

  • AutoCAD, İnventor, Solid, AjanCAM və MS office proqramlarında işləməyi bacarmalıdır;
  • Maşınqayırma sahəsi üzrə müvaiq təhsil;
  • Müvafiq ixtisas üzrə  3-5 il iş təcrübəsi;
  • Maşın mexanizmləri, hidravlik və pnevmatik qurğular barədə biliklər;
  • Metal emalı dəzgahlarının (plazma kəsim, bükmə, əymə, qayçı, pres, CNC və manual frez və tornalar və s.) iş prinsipləri barədə ümümi biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər.

Hansı işləri görəcəksiniz:

  • CAD Proqramları vasitəsi ilə avadanlıqların və metal məmulatlarının 3D modellərinin işlənib hazırlanması;
  • Ümumi plan, yığım və detal cizgilərinin hazırlanması;
  • Kəsim planlarının və qaynaq hesabatlarının hazırlanması;
  • Konstruktiv cizgilər əsasında material sərfiyyatı cədvəlinin tərtib edilməsi;
  • Texniki və iqtisadi cəhətdən uyğun material və komponentlərin seçilməsi;
  • Avadanlıq və hissələrin cizgilərə uyğun istehsal edilməsinə nəzarət;
  • Rəhbərliyin istehsalatla əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz:

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.