Nəqliyyat üzrə menecer

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi minimum 5 il, rəhbər vəzifəsində ən azı 3 il;
  • Nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmiri barədə biliklərin olması;
  • MS Office (Word, Excel) orta səviyyədə bilməsi;
  • İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Özünü inkişafa meyilli və dürüst olmalı;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Hansı işləri görəcəksiniz:

  • Şirkətin illik nəqliyyat planlarının hazırlanmasında iştirak;
  • İş təşkilinin ehtiyacları əsasında zəruri nəqliyyatla təmin edilməsi;
  • Təsdiq edilmiş limitlərə uyğun olaraq nəqliyyat xərclərinə nəzarət;
  • Daxili yanacaq ehtiyaclarının hesablanması və istifadə olunacaq yanacağa nəzarət;
  • Nəqliyyat vasitələrinin daxilinə nəzarət və onların sifarişində iştirak;
  • Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinin təşkili;
  • Şirkətin Nəqliyyat vasitələri ilə bağlı elektron qeydiyyat işlərin aparılması;
  • Nəqliyyat vasitələrinin sığorta növləri ilə təmin və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsi;
  • Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi;
  • Şirkətin nəqliyyat vasitələrinin və ağır tikinti texnikasının zamanında və problemsiz yerinə çatdırılmasını təmin etməlidir;
  • Şirkətin nəqliyyat vasitələrinin əsasən avtomobillərin hərəkət istiqamətinin seçilməsi;
  • Şirkətin subkontraktorlarının fəaliyyətinə nəzarət;
  • Yük qaimələrinə, maşınların yol vərəqələrinə, maşınların zamanında yüklənilməsinə, sürücülərin iş fəaliyyətlərinə nəzarət etməyi bacaran;
  • Sürücülərin iş saatı qaydalarına və nəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə (naviqasiya proqramı vasitəsi) nəzarət etməlidir;
  • Sürüсülər tərəfindən avtonəqliyyatın hərəkətdə olan hissələrinin texniki istismar qaydalarına uyğun istismar olunmasına nəzarəti həyata keçirir;
  • Nəqliyyat vasitələrinin (avtomobillərin, yük maşınlarının) düzgün istismarına nəzarət edilməsi.

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə menecer” yazaraq 04.04.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur.

Email: [email protected]