Data analitik və hesabatlıq üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • Biznes/İqtisadiyyat sahələri üzrə Ali təhsil;
  • Analoji sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında ( Xüsusilə MS Excel, MS Power Point, MS Visio və MS Project) yüksək səviyyədə işləmək bacarığı;
  • Power BI platformasından yüksək səviyyədə istifadə bacarığı;
  • Azerbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməli, rus dili arzuolunandı;
  • Hesabatlıq və təqdimat bacarıqları yüksək səviyyədə olmalı;
  • Analitik düşünmə qabiliyyəti və böyük həcmli data ilə işləmə bacarığı;
  • Maliyyə modelləşdirməsi təcrübəsi və bacarığı;
  • Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
  • Operativlik, vaxtdan düzgün istifadə bacarığı.

Hansı işləri görəcəksiniz:

  • Müəssisə və ofis daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların üzləşdirilməsi və təhlilərin aparılması;
  • Statistik məlumatların düzgünlüyünü yoxlanılması, sistemləşdirilməsi, ümumiləşdirilməsi və hesabatların hazırlanması;
  • Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət edilməsi; 
  • Hesabatların və təqdimatların keyfiyyətli hazırlanması  və avtomatlaşdırılmasına dair təkliflər verilməsi;
  • Rəhbərlik tərəfindən tələb olunan biznes modellərin və proseslərin hazırlanması və təhlili;
  • Ofisin rəhbərliyinin tapşırıqları əsasında bölmələrin fəaliyyəti prosesində meydana çıxan hər hansı digər funksiyaları icra edilməsi.

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, tibbi siğorta ilə və nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

 Vakansiya tələblərinə uyğun namizədlərdən işə qəbul portalından qeydiyyatdan keçərək müraciət etməsi xahiş olunur.

Sumgait Technologies Park tərəfindən digər vakansiyalar