Elektronika, telekommunikasiya və radiotexnika üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə: “Göygöl Şərab Zavodu” ASC üçün Elektronika, telekommunikasiya və radiotexnika üzrə Mütəxəssis

İş qrafiki: bazar ertəsi - cümə (09:00 - 17:00), şənbə günləri (09:00 - 13:00)

Yüksək əmək haqqı

İş yeri: Göygöl şəhəri.

İş barədə məlumat:

• Yerüstü xətt qurğularının, hava xətlərinin kabel və hava girişlərinin, kiçik ölçülü telefon quyularının və paylayıcı qutularının sadə eskizlərinin tərtib edilməsilə müayinəsi;
• Müəsissənin elektrik sisteminin nəzarəti, elektrik şitlərinin yoxlanılması, dəzğahların avtomatika və elektlronikasının servis xidməti, nəzarəti və nasazlığın aşkar olunub aradan qaldırılması;
• Radioelektronika cihazlarının təmiri;
• Bütün mexaniki ve elektrik avadanlıqlarının mütəmadi yoxlanılması;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
• Avadanlıqların elektron hissələrinin təmiri, elektrik sxemlərinin oxunulması, müəssisə üzrə eletrik problemlərinin həlli, elektrik avadanlıqlarının quraşdılıması, sazlanması, təmiri və işə buraxılması.

Namizədə dair tələblər:

• Ali texniki təhsil;
• Elektrotexnika əsaslarını, rabitə hava xətlərinin quruluşunu və onların istismar qaydalarını bilməli;
• Texniki-istismar qaydalarını, rabitə xətlərinin mühafizəsi və mühafizə zonalarında işlərin istehsalat şəraitini bilməli;
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Avtomatik, elektronik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli;
• İşgüzarlıq, məsuliyyət, ünsiyyətcillik;
• Yaş həddi: 30 yaşa qədər.

QEYD:

Tələblərə uyğun olmayan və vakansiyanın adı qeyd olunmayan CV lərə baxılmayacaq. CV-lər azərbaycan dilində doldurulmaqla [email protected] e - mail ünvanına göndərilməlidir.