Texnoloji maşın və avadanlıqlar üzrə Mühəndis

İşin təsviri

İş qrafiki: bazar ertəsi - cümə (09:00 - 17:00), şənbə günləri (09:00 - 13:00)

Yüksək əmək haqqı

İş yeri: Göygöl şəhəri.

İş barədə məlumat:

• Texnoloji maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, sazlanması və quraşdırılması;
• Maşın və mexanizmlərinin istismar prosesində istifadəsinə, texniki vəziyyətinə və onlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edilməsi;
• Sahəyə məxsus inşaat maşın və mexanizmlərinin təmiri və texniki xidməti üzrə işə rəhbərlik edilməsi;
• Maşınların yanacaq-sürtkü materialları ilə təmin olunmasını təşkil edilməsi;
• İstehsalatda işlənən maşın mexanizmin istismar proqramının hazırlanmasında iştirak edir və onun icrasını təşkil edilməsi;
• Strukturun təkmilləşdirilməsi, istehsalatda mütərəqqi texnologiyaların tətbiqi üzrə təkliflər işləyib hazırlanması, texnikanın qış şəraitində işləməsi üçün hazırlıq tədbirləri görülməsi;
• Cihazlarının mürəkkəb qurğularında defektlərin aşkar edilməsi və sazlanması;
• Avtomatlaşdırılmış sistemlərin köməyi ilə mexanizm və detalları modelləşməsi;
• Texniki ölçmələrin aparılması;
• Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi;

Namizədə dair tələblər:

• Ali texniki təhsil;
• Texnoloji proseslərin aparılması qaydasını bilməli;
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Avtomatik, elektronik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli;
• İşgüzarlıq, məsuliyyət, ünsiyyətcillik;
• Yaş həddi: 30 yaşa qədər;

QEYD:

Tələblərə uyğun olmayan və vakansiyanın adı qeyd olunmayan CV lərə baxılmayacaq. CV-lər azərbaycan dilində doldurulmaqla [email protected] e - mail ünvanına göndərilməlidir.