İnsan Resursları üzrə Menecer

İşin təsviri

Vəzifə: İnsan Resursları üzrə Menecer

Şöbə: İnsan Resursları
Tabəçilik: Departament rəhbəri

Şirkət haqqında məlumat:

Baku Retail Partners şirkəti 2012-ci ildə yaradılıb. Əsas istiqamətlərin biri onlayn-mağaza
satışların keçirilməsidir. Şirkət, öz biznesinin fəaliyyətinə uyğun informasiya texnologiyaları ilə
təcrübə əsasında qida, qeyri-qida və ofis məhsullarının onlayn-pərakəndə satışı üçün unikal
inteqrasiya edilmiş əməliyyat həlli işləyib hazırlamışdır.

Vəzifə öhdəlikləri:

Əmək qanunvericiliyinin əsas bilikləri;
E-GOV-də və 1C (ERP) şəxsi işlərin yaradılması və saxlanılması;
SPF və maaş kartları sifariş prosesin keçirilməsi;
Kadr tələbinin planlaşdırılması;
Vəzifə təlimatlarının hazırlanması;
Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
Kadr bazasının yaradılması;
Şirkət daxili prosedurların hazırlanması;
İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə
təlimatlarının hazırlanması;
Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi;
İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək,
axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;

Namizədə tələblər:

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
1C, MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
Ali təhsil olan;
İnsan resursları sahəsində azı 3 il iş təcrübəsi;

İş şəraiti:

Karyera artımı;
İş qrafiki: Bazar ertəsi – Şənbə gününə, saat 09:00-dan 13:00-dək;
Aylıq əmək haqqı;
Ofisdə nahar fasiləsi;
Rəsmiləşdirmə AR ƏM əsasən aparılacaqdır;
Mehriban və dinamik kollektiv.
Biz dövlət hesabatlarını,1C platformasında kadr, bərabər olaraq daxili işləri apara bilən
insan resurslar üzrə menecer vəzifəsinə işçi axtarırıq. Yalnız, qeyd olunan tələblərə uyğun gələn
namizədlərdən mövzu yerində “İnsan resursları” qeyd edərək öz CV lərini [email protected]
elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.