Mühasib (Xanım)

İşin təsviri

Vəzifənin adı: Mühasib

Yalnız xanım namizədlər müraciət edə bilər.

Vəzifə öhdəlikləri:

• Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək;
• İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq;
• Təşkilatlara hərəkətin üzləşməsini aparmaq;
• Təşkilatlara electron qaimə və vergi hesab-fakturalarını yazmaq və təqdim etmək;
• Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək;
• İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
• Müqavilələrin hazırlanması
• Əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
• Mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivləşdirmək;
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (Maliyyə-iqtisad təhsili arzuolunandır);
• Analoji sahədə iş təcrübəsi;
• Azərbaycan dili sərbəst, Rus dilində yaxşı səviyyədə danışmaq;
• Microsoft Office peşəkar və 1C proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Beynəlxalq sertifikasiya arzuolunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00, şənbə günü 09-13:00
• E-mail: [email protected]