Korporativ Müştərilər üzrə Satış Rəhbəri

İşin təsviri

Vəzifə:   Korporativ Müştərilər üzrə Satış Rəhbəri

Şöbə:   Satış və Xidmət

Tabəçilik:  Departament rəhbəri

Şirkət haqqında məlumat:

Baku Retail Partners şirkəti 2012-ci ildə yaradılıb. Əsas istiqamətlərin biri onlayn-mağaza satışların keçirilməsidir. Şirkət, öz biznesinin fəaliyyətinə uyğun informasiya texnologiyaları ilə təcrübə əsasında qida, qeyri-qida və ofis məhsullarının onlayn-pərakəndə satışı üçün unikal inteqrasiya edilmiş əməliyyat həlli işləyib hazırlamışdır.

Vəzifə öhdəlikləri:

Yeni müştərilərin axtarışı və xidməti;
Təqdimatların hazırlanması və aparılması;
Mövcud müştərilərlə əlaqə dəstəkləyi və əlaqələrin genişləndirilməsi;
Müzakirələrin aparılması, müqavilələrin bağlanması;
Aktiv satışların keçirilməsi;
Müvəffəqiyyətli satış strategiyaları yaratmağı və tətbiq etmək bacarığı, müştərilərin meyarlarını müəyyən etməsi;
Malların satışını və qaytarılmasının idarə edilməsi;
Əsas müştərilərlə işləməsi;
Satışların həcmini, sahələrini göstərən satışlar barədə dövri hesabat hazırlaması;
Market təhlilində iştirak edilməsi;
İş proseslərinə aid prosedurların hazırlanmasında iştirak etməsi;
Təchizat, marketinq və logistika departamentləri ilə əməkdaşlıq qurulması.
İş bolqüsünün düzgün qaydada keçirilməsi.
İşə aid olan hesabatlarin hazırlanması.

Namizədə tələblər:

Ali təhsil;
Online pərakəndə satış təcrübəsi olan (tələbdir);
Yaxşı yazılı və şifahi bacarıqları;
Kommunikasiya bacarıqları;
Azərbaycan, rus dilində fikirlərini düzgün ifadə etmək bacarığı;
Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
İşə proseslə yanaşma bacarığı;
Problemin qarşısını almaq və həll etmək bacarığı;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması. (tələbdir)

İş şəraiti:

Karyera artımı;
İş qrafiki: Bazar ertəsi – Şənbə gününə, saat 09:00-dan 18:00-dək;
Aylıq əmək haqqı + satışdan bonus (KPİ) ;
Ofisdə nahar fasiləsi;
Rəsmiləşdirmə AR ƏM əsasən aparılacaqdır;
Korporativ nömrə və danışıq limiti;
Mehriban və dinamik kollektiv.

Biz satış sahəsində təcrübəsi olan və korporativ satışları edə bilən təçrübəli işçi axtarırıq. Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Korporativ Satışlar üzrə Rəhbər” qeyd edərək öz CV lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.