İnsan Resursları üzrə Mütəxəssis (Biləsuvar ray.)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 18.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnsan Resursları üzrə Mütəxəssis (Biləsuvar ray.)

İş haqqında məlumat

• Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
• İnsan Resursları sahəsində ən az 1 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
• Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
• Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
• Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
• Mühasibatlıq sahəsi ilə bağlı minimal biliklərə sahib olmalı;
• MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.

Tələblər

• Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
• İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
• Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.

İş şərtləri

Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri: Biləsuvar ray. (Natural Green Land LTD)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İnsan Resursları üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi