Insan Resurslari üzrə Menecer

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 29.03.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnsan Resursları üzrə Menecer – Melissa Group

Əsas vəzifə və öhdəlikləri:

Kadr planlaşdırma

- Struktur bölmələrindən illik əməliyyat planına uyğun işçi ehtiyyaclarının alınması, İşçi ehtiyyaclarının konsolidasiyası, İllik kadr planının hazırlanması və təsdiqlənməsi

İşə qəbul

- Vakansiya ehtiyyacının müəyyənləşdirilməsi, informasiya bazalarının vasitəsilə işçinin axtarılması, seçilmiş namizədlərlə əlaqə saxlayaraq sınaq test və intervyulara dəvət olunması, işçi müsahibənin keçirilməsi
- Yeni işə qəbul olunmuş işçinin sənədləşdirilməsi, yeni işçinin istiqamətlənməsi

Effektivliyin idarə olunması

- Performans qiymətləndirilməsinin aparılması, kompetentlik qiymətləndirilməsinin aparılması, nəticələrin konsolidə edilərək rəhbərliyə təqdim edilməsi

Daxili təlimlərin təşkili

- Təlim ehtiyyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması, təlim təchizatçılarının seçilməsi, təlimlərin qiymətləndirilməsi və hesabatların hazırlanması, təlimlərin sənədləşdirilməsi

Motivasiyanın idarə olunması

- Mükafatlandırma prosedurunun icrası, cəzalandırma və intizam tədbirlərinin görülməsi, məlumatların işçilərin şəxsi işlərinə işlənilməsi

Korporativ sosial tədbirlər

- Korporativ yığıncaq və əyləncələrin təşkili, məlumat lövhəsinin idarə olunması

Kadr uçotu

- Əmək müqavilələrinin bağlanılması, xidmət müqavilələrinin bağlanılması, əmək kitabçalarının hazırlanması, sosial sığorta şəhadətnamələrinin doldurulması
- İşçi məlumatları qeydiyyatlarının aparılması, əmrlərin yazılması, arayışların və məktubların hazırlanması, məşğulluq və statistika hesabatlarının verilməsi

İş vaxtının uçotu

- Gündəlik davamiyyətin qeydiyyatı, məzuniyyət, ezamiyyət, xəstəliklərin, icazələrin uçotu
- Aylıq tabelin hazırlanması, tabelin muhasibatlığa göndərilməsi

Keyfiyyətin idarəolunması

- Şirkətin keyfiyyətin idarəolunması sisteminə uyğun fəaliyyətin aparılmasına nəzarət etmək
- Daxili auditlərin keçirilməsi

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Ali təhsil
- Rus və ingilis dili biliyi
- 3-5 il iş təcrübəsi
- 27-40 yaş
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
- 1C proqramını bilməsi üstünlükdür.
- İşgüzar danışıqlar aparma qabiliyyəti
- Kommunikativ bacarığı, məsuliyyətlilik
- Əmək haqqı: 1000 – 1200 AZN.

CV-ləri mövzu hissəsində İnsan Resursları üzrə Menecer göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi